Ukraynanın Zaporojye vilayətində humanitar karvanlara raket hücumu nəticəsində iki azərbaycanlı həlak olub.
Ednews xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
“Ölənlər arasında Zaporojyenin digər rayonlarından Ukraynanın işğal olunmuş kəndlərinə humanitar yardım aparan Əfqan və Elşad adlı azərbaycanlılar da var”, - deyə məlumatda bildirilir.