Yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edilib - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Yeniyetməni intihar həddinə çatdıran şəxs həbs edilib

Cəmiyyət A- A A+
Bu il sentyabrın 29-da Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti ad və soyad) Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihara cəhd etməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.
 
Ednews APA-ya istinadən xəbər verir ki Yevlax rayon Prokurorluğundan  verilən məlumata  görə, araşdırmalarla barəsində məhkəmədə cinayət işi olan Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 299.2 (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Zaur Təhməzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...