112 saylı məktəbdə şagirdlərdən birinin digərini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ednews-a verilən xəbərə görə, qurum tərəfindən müvafiq araşdırma aparılır.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”.