İtkin düşən və girov götürülən vətəndaşlarla bağlı 10 min bioloji nümunə toplanıb - RƏSMİ - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

İtkin düşən və girov götürülən vətəndaşlarla bağlı 10 min bioloji nümunə toplanıb - RƏSMİ

Cəmiyyət A- A A+
“Bu yaxınlarda bütün ölkə üzrə itkin düşmüş şəxslərin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə təqribən 10 min bioloji nümunə toplanılıb”.
 
Ednews xəbər verir ki, bunu report.az-a açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
 
Onun sözlərinə görə, bu bioloji nümunələr Dövlət Komissiyasının xüsusi saxlanc yerlərində saxlanılır:
 
“Həmin bioloji nümunələrdən DNT profilinin çıxarılmasına başlanılıb. Həmin məlumatlar imkan yaradacaq ki, ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyi tez bir zamanda müəyyənləşdirilsin”.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...