Mətbuat Şurası sədrinin müavinləri seçilib YENİLƏNİB

Cəmiyyət 18:40 04.10.2022
Bu gün Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib.

Mətbuat Şurasından Ednews-a verilən xəbərə görə, toplantını giriş sözü ilə MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Şuranın İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayında seçilmiş üzvlərinə təbriklərini çatdırıb, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.

R.Məcid MŞ-nin media-ictimaiyyət, media-hakimiyyət münasibətlərininn tənzimlənməsindəki rolundan söz açaraq bildirib ki, qurum uzun illər bu missiyasını sabiq sədr, hazırda “Xalq qəzeti”nin baş redaktoru kimi fəaliyyət göstərən İH üzvü Əflatun Amaşovun rəhbərliyi ilə uğurla reallaşdırıb. R.Məcid Şuranı yeni dövrün çağırışlarına uyğun daha dinamik fəaliyyət dövrünün gözlədiyini vurğulayıb, İdarə Heyətinin hər bir üzvünün ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.

Bundan sonra MŞ-nin strukturlarının formalaşdırılıb. İH-nin ictimaiyyət təmsilçilərindən olan üzvü Bakı Dövlət Universitetinin dekanı, professor Vüqar Zifəroğlu, jurnalistlərdən olan üzvü ATV prezidentinin müşaviri Səadət Məmmədova MŞ sədrinin müavinləri seçiliblər.

R.Məcid MŞ-nin icraçı katibi vəzifəsinə hazırda Şurada monitorinq qrupunun rəhbəri olaraq fəaliyyət göstərən Əvəz Rüstəmovun namizədliyini irəli sürüb. Təklif İH üzvləri tərəfindən məqbul qiymətləndirilib.

 

İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 29 sentyabr 2022-ci il tarixli toplantısının qərarı təsdiqlənib. Qərara əsasən “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu NTK-nın sədri, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Nadir Azəri isə qurumun katibi olaraq müəyyənləşib.

Gündəlikdəki ikinci məsələ MŞ-nin komissiyalarının tərkibinin müəyyənləşdirilməsi olub. Əvvəlcə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib. Sədr MŞ-nin sədr müavini Vüqar Zifəroğlu olmaqla İH üzvlərindən “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrətin, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərlinin, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadənin Komissiyada təmsilçilikləri təsdiqlənib.

R.Məcid məlumat verib ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında MŞ-də yeni Etika Komissiyası yaradıldı. Bu qurumun başlıca missiyası ümumən informasiya məkanımızda etik prinsiplərin qorunması ilə bağlı tendensiyaları izləməkdən, mövcud istiqamətdə müzakirələrin təşkilindən ibarət olacaqdır. Komissiyanın fəaliyyətinə media müstəvisindəki neqativ təmayüllərə operativ reaksiya vermək də daxildir. İclasda İH üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin Etika Komissiyasına sədrliyi üzərində dayanılıb. Sədr Qulu Məhərrəmli olmaqla İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin qurumun tərkibində təmsil olunmaları məqbul qiymətləndirilib.

MŞ-nin Beynəlxalq əlaqələr Komissiyasının tərkibinə gəldikdə isə, İdarə Heyətinin üzvü Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin komissiyaya sədrliyi məqbul qiymətləndirilib. Komissiyanın tərkibinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı, “Technote” Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas və Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva daxil ediliblər.

MŞ sədri R.Məcid Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının da mühüm praktik əhəmiyyət daşıdığını vurğulayıb. O, komissiyanın tərkibində Baş Prokurorluğun, Daxili İşlər, Ədliyyə Nazirliklərinin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının təmsil olunduqlarını diqqətə çatdırıb. Müzakirələrdən sonra İH üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin komissiyaya sədrliyi təsdiqlənib.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunmasına dair Sərəncamı ətrafında fikir mübadiləsi aparılıb. Bununla bağlı MŞ tərəfindən müvafiq tədbirlər planının hazırlanması təklif olunub.

İdarə Heyəti Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun mətnini də müzakirəyə çıxarıb. Bununla əlaqədar İH üzvü M.Ələsgərli təqdimat edib. O deyib ki, memorandum layihəsində media savadlılığının, jurnalistlərin peşəkarlığının artırılmasına dəstək göstərmək, jurnalistlərin informasiya almaq hüququnun gücləndirilməsi imkanlarını artırmaq məqsədilə müştərək layihələr hazırlayıb icra etmək, habelə mediada dərc olunan və ya yayımlanan informasiyalara dair hüquqi tələblərin, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tətbiqi imkanlarını yaxşılaşdırmaq üçün birgə maarifləndirci tədbirlər reallaşdırmaq və sair məsələlər əksini tapıb, digər təkliflər də nəzərdən keçiriləcək.

Toplantıda həmçinin Azərbaycan Mətbuat Şurasının 2022-ci ilin oktyabr-dekabr ayları üzrə İş planı ilə bağlı müzakirələr aparılıb. Bu xüsusda media ekspertləri, fəal sosial şəbəkə istifadəçiləri, sosial şəbəkələrdəki populyar səhifə istifadəçiləri, internet platforma yayıcıları, jurnalist təşkilatlarının təmsilçiləri, MŞ-nin üzvü olmayan internet informasiya subyektləri ilə görüşlərin təşkili təklif olunub. Eyni zamanda 8 noyabr Zəfər Gününədək MŞ İdarə Heyətinin üzvlərinin qazilərlə, Vətən Müharibəsi iştirakçıları olan jurnalistlərlə, şəhid valideynləri ilə görüşlərinin reallaşdırılması məqsədəuyğun sayılıb.

İclasda həmçinin MŞ-nin texnoloji imkanların jurnalist fəaliyyətinə təsir formaları, kiber təhlükəsizlik və peşə prinsipləri mövzusunda media təmsilçiləri üçün təlim təşkil etməsi ilə bağlı fikir mübadiləsi də aparılıb.

Görüləcək bütün işlərlə əlaqədar konkret qrafik müəyyənləşdirilib, iş bölgüsü aparılıb, icraya məsul şəxslər müəyyənləşdirilib.

Cari məsələlərlə bağlı müzakirələrdə MŞ sədrinin müavini Səadət Məmmədova, İH üzvlərindən Umud Rəhimoğlu, Elçin Mirzəbəyli, Aqil Ələsgər, Yadigar Məmmədli, Ceyhun Musaoğlu və Azər Həsrət təkliflərini veriblər. Təkliflər Mətbuat Şurasının fəaliyyətinin səmərəliləşdirilməsi ilə bağlı olub. Mövcud istiqamətdə geniş fikir mübadiləsi aparılıb.

16:00
***
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə iclası keçirilib.
 
Ednews xəbər verir ki, iclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib.
 
Səadət Məmmədova və Vüqar Zifəroğlunun namizədlikləri dəstəklənib.
 
Eyni zamanda, Rey Kərimoğlu Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri, Əvəz Rüstəmov isə icraçı katib seçilib.
 
İclasda Mətbuat Şurasının komissiyalarının tərkibi də müəyyən edilib.

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Hamısı