Paytaxtda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi açıldı - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Paytaxtda qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi açıldı

Cəmiyyət A- A A+

Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Bakı və Mingəçevir şəhərləri, habelə Yardımlı və Balakən rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İnteks” MMC-nin istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsində, Səbail rayonu ərazisində “Sabah Residence” MTK-nın xüsusi mülkiyyətində olan torpaq sahəsində 22 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 194 min manatdan çox məbləğdə maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...