Deputatdan işsiz şəxslərə TƏKLİF - “Bu kurslara müraciət etsinlər” - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Deputatdan işsiz şəxslərə TƏKLİF - “Bu kurslara müraciət etsinlər”

Cəmiyyət A- A A+
Son zamanlar dünya iqtisadiyyatında yaşanan dərin infilasiya Azərbaycandan da yan keçməyib. İqtisadi bazarlarda yaşanan durğunluq isə ən çox aztəminatlı əhali təbəqəsinə təsir edib.
Vəziyyətdən çıxış yolu üçünsə bəzi strategiyalar təklif olunur. 
 
Bu yaxınlarda deputat Rüfət Quliyev açıqlamasında bildirib ki, bahalaşmanı müəyyən dərəcədə aradan qaldırılması üçün rayonlardakı torpaqlarda əkib becərmək lazımdır.
 
Məsələ ilə bağlı deputat Müşviq Məmmədli Ednews-a açıqlamasında ağır sosial şəraitin yüngülləşdirilməsində, eləcə də işsizliyin azalmasında ixtisasartırma proqramlarının həyata keçirilməsini zəruri hesab edib.  
 
“Müəyyən bir ixtisas sahiblərinin öz sahələrində  bilik və bacarıqlarının artırması və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisaslara yiyələnməsi istiqamətində lazimi tədbirlərin görülməsi daha məqsədəuyğun hesab oluna bilər. Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq bu istiqamətdə ödənişsiz kurslar həyata keçirilir. Bu kurslarda yeni ixtisaslara sahiblənmək istəyən şəxslərə xeyli imkan yaradılır. Eyni zamanda nəzərinizə çatdırım ki, bazar iqtisadiyyatında hazırki vəziyyət elədir ki, heç bir ixtisası olmayan şəxslər üçün iş tapmaq problemə çevrilib.  Fikrimcə, bu problemin aradan qaldırılması üçün məqsədyönülü şəkildə müəyyən ciddi tədbirlərin görülməsi daha məsləhətli olardı. Şəxsən mən işsiz gənclərə İT sektorunda sahələrə yiyələnməyi və bununla bağlı tədris kurslarında iştirak eləməyi məsləhət görərdim.  Elə ixtisaslar var ki, orada o qədər də ali savadı və orta ixtisaslı təhsilə ehtiyac yoxdur. İki-üç aylıq kurslara cəlb olunmaqla həmin ixtisasları mənimsəmək mümkündür”. 
 
Deputat kəndlərdə yaşayan az təminatlı sakinləri özünəməşğulluq proqramlarına qatılmağı məsləhət görüb. 
 
“Məşğulluğun bir çox sahələri ilə bağlı dövlət proqramları həyata keçirilir. Həmin proqramlarda kənd təsərrüfatına xüsusi önəm verilir. Məsələn, artıq bəzi kəndçilərə iri və ya xırda buynuzlu heyvanların verilməsi başlanılıb, habelə onlar müxtəlif yardımçı təsərrüfatı ilə əlaqəli olan avadanlıqlar ilə təmin olunur. Onu da qeyd edim ki, rayonlarda özəl sektorla məşğul olan sahibkarlar ilə həssas sosial qruplar arasında təmasların qurulmasında müəyyən mənada vasitəçilik də edilməlidir. Yəni, işsiz şəxslər həmin özəl sektorlarda hər hansı sahədə işləməyə, xüsusi bir ixtisasa sahiblənməyə yönləndirilsin. Bunun daha çox effektli təsirləri ola bilər”.
 
Yunis Abdullayev 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...