Xəzərin səviyyəsi 35 sm düşüb - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Xəzərin səviyyəsi 35 sm düşüb

Cəmiyyət A- A A+
Qazaxıstan sahillərində müşahidə olunan proses Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı deyil.
 
Ednews  APA-ya istinadən bildirir ki Milli Hidrometeorologiya Xidmətinin şöbə müdiri Əkbər Əsgərov  bildirib. O qeyd edib ki, Xəzərin şimal sahil xəttinin meylliliyinin çox az olması səbəbindən adətən güclü və davamlı küləklər nəticəsində dəniz suyunun sahilə doğru qovulması prosesləri baş verir:
 
“Ötən günlərdə sürəti 23 m/san-yə çatan güclü külək nəticəsində Aktau və Atırau şəhərlərinin dəniz sahilləri subasmaya məruz qalıb. Hazırda küləyin sürətinin azalması və suyun geri çəkilməsilə əlaqədar həmin şəhərlərdə vəziyyət stabildir”.
 
Ə.Əsgərovun sözlərinə görə, bu proses Xəzərdə səviyyə tərəddüdləri ilə deyil, Xəzərin şimalında formalaşan və müvəqqəti xarakter daşıyan sinoptik şəraitlə bağlıdır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...