Yevlax sakinləri qaz təsərrüfatına dair üzləşdikləri çətinliklərdən söz açıblar - FOTOLAR - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Yevlax sakinləri qaz təsərrüfatına dair üzləşdikləri çətinliklərdən söz açıblar - FOTOLAR

Cəmiyyət A- A A+
"SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən həyata keçirilən "Açıq mikrofon" aksiyasının məqsədi vətəndaşların qaz təsərrüfatına dair üzləşdikləri çətinlikləri dinləmək və mövcud problemlərin həllinə dəstək olmaqdan ibarətdir.
 
Ednews  xəbər verir ki, xahiş edirik öz problemlərinizi açıq şəkildə səsləndirin." Bu sözləri Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov Yevlax rayonunda keçirilən "Açıq mikrofon" aksiyasında bildirib. Görüşdə ünvanlanan müraciətlərin əksəriyyəti sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi ilə bağlı olub. Abonentlər bununla da istehlak etdikləri təbii qaza görə yaranan debitor borcu hissə-hissə ödəmək istədiklərini bildiriblər. Aksiyaya rayonun Aran qəsəbəsindən üz tutan sakinlər qəsəbədə qazlaşdırılmayan 11 fərdi yaşayış evinin təbii qazla təmin olunmasını xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.
1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...