Şuşalılara ŞAD XƏBƏR - Bu tarixdə evlərinə QAYIDACAQLAR - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Şuşalılara ŞAD XƏBƏR - Bu tarixdə evlərinə QAYIDACAQLAR

Cəmiyyət A- A A+
“Evlərinə qayıdacaq insanlar rahat inkluziv şəhərdə yaşayacaq. Biz istəyirik ki, o insanlar bu yerlərə aid olduğunu hiss etsin, o məxsusluğu hiss etsin”. Ednews xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. O bildirib ki, Şuşaya qayıdan sakinlər üçün iş yerləri təmin olunmalıdır. “2023-cü ilin sonundan etibarən Şuşaya sakinlərin köçürülməsinə başlanacaq və ilkin olaraq 2500 sakinin geri dönməsi planlaşdırılır. Bildiyiniz ki, Şuşa fərqlidir, onun məhdud iqtisadi potensialı var, bura daha çox mədəni və turistik potensiala malikdir. Ona görə də biz evlərinə qayıdacaq sakinlərimizin gözləntilərini, iş şərtlərini və s. diqqətə alırıq. Bu məsələlər master planda əksini tapıb”,- deyə Aydın Kərimov qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...