Axtarışda olan azərbaycanlı Rusiyadan ekstradisiya edildi - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Axtarışda olan azərbaycanlı Rusiyadan ekstradisiya edildi

Cəmiyyət A- A A+
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Əlistanov Namiq Bayrambəy oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
 
Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə Namiq Əlistanov tərəfindən dələduzluğun təkrar törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. 
 
Namiq Əlistanov 11.07.2022-ci il tarixdə Rusiyanın ərazisində müəyyən edilərək saxlanılıb. 
05.10.2022-ci il tarixdə o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...