Füzuldəki Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi 2 aya istifadəyə veriləcək - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Füzuldəki Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi 2 aya istifadəyə veriləcək

Cəmiyyət A- A A+
Prezident İlham Əliyevin oktyabrın 17-də Füzuli şəhərində təməlini qoyduğu Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin 2 aya istifadəyə verilməsi nəzərdə tutulur.
 
Ednews xəbər verir ki, bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib. 
Onun sözlərinə görə, rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. 
 
Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...