Naftalanda velotur və velosiped kirayəsi mərkəzi istifadəyə verilib - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Naftalanda velotur və velosiped kirayəsi mərkəzi istifadəyə verilib

Cəmiyyət A- A A+
Naftalan şəhərində Azərbaycanın ilk regional velotur və velosiped kirayəsi mərkəzi istifadəyə verilib.
 
Ednews xəbər verir ki , obyekt barədə danışan Dövlət Turizm Agentliyinin nümayəndəsi Zaur Məmmədov deyib ki, indiyə qədər belə mərkəz yalnız paytaxt Bakıda olub.
 
Onun sözlərinə görə, bunun üçün şəhər ərazisində 7 km uzunluğunda velosiped yolu çəkilib.
 
"Velosipedlərdən artıq 2 aydır ki, test rejimində istifadə edilir. Bu layihə dövlət-özəl sektor əməkdaşlığı əsasında qurulub. Burada kartla, telefonla və QR kodla ödəniş etmək mümkündür", - deyə o, qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...