Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu narkotik satışı ilə məşğul olanlarla bağlı sərt tədbirlərin görüləcəyini bildirib.
Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə nazir partiyasının Kütahyada keçirilən Rayon toplantısında çıxışı zamanı məlumat verib.
Narkotiklərlə mübarizənin qətiyyətlə davam etdiyini vurğulayan Soylu təhlükəsizlik qüvvələrinə təlimat verib.
“Türkiyədə heç bir nöqtədə narkotik satışına icazə verməyəcəyik. Yenə deyirəm, təhlükəsizlik qüvvələrimizə yenə göstəriş verirəm. Narkotik satıcısını aşkar edən kimi ayağını sındırın”,-deyə nazir bildirib.