Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Həmin tədbirlərin davamı olaraq, ölkəmizin bütün bölgələrində yaşayan şəhid ailələri və qazilərimizə fərdi evlər tikilərək təqdim olunur.
Biləsuvar rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuş qazilərə və şəhid ailələrinə tikilmiş fərdi yaşayış evlərinin açılış mərasimi olub.
Tədbirdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev şəhid ailələrinə və müharibə əlillərinə yeni fərdi evlərin sənədlərini təqdim ediblər.
Mərasimdə qeyd olunub ki, xalqımıza möhtəşəm Zəfər sevinci bəxş edən qəhrəman şəhidlərimizin ailələrinə, müharibədə sağlamlıqlarını itirmiş igid hərbi qulluqçularımıza daim xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsi, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.
2022-ci ildə rayon ərazisində 12 nəfər Qarabağ Müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisinə başlanılmış və 5 evin tikintisi tam başa çatdırılıb. Bu gün həmin mənzillər sahiblərinə təqdim olunur. Qalan mənzillərin də bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır./report/