Azərbaycanda körpəyə vurulan sistem onun bir qolunu iflic edib - IDDIA - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda körpəyə vurulan sistem onun bir qolunu iflic edib - IDDIA

Cəmiyyət A- A A+

Tovuzda yeni doğulan körpəyə vurulan sistem onun sağ qolunu iflic edib.

Ednews xezerxeber.az-ə istinadən bildirir ki, valideynlər həkimləri günahlandırır.

Onlar iddia edirlər ki, həkimlərin səhlənkarlığı ucbatından körpənin sağ qolu işləmir.

Bir ay öncə Tovuz Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn oğlan uşağında həkimlər sarılıq simptomları olduğunu deyərək onun sağ qoluna sistem vurublar. Bir neçə gün sonra valideynləri körpənin sağ qolunun işlək olmadığını görüblər.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından ümidini üzən valideynlər körpəni paytaxtdakı xəstəxanaların birinə aparıblar.

Körpənin valideynləri məsələnin araşdırılmasını və günahkar olan həkimlərin cəzalanmasını tələb edir.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından məsələ ilə bağlı açıqlama almaq istəsək də suallarımızı cavablandıran tapılmadı.

TƏBİB-dən isə bildirilib ki, məsələ ilə bağlı araşdırılma aparılır. Əgər hər hansı bir nöqsan aşkar edilərsə müvafiq tədbirlər görüləcək.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...