Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

Cəmiyyət A- A A+

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Ednews xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elməddin Əhmədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan Elməddin Əhmədov Göygöl Rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində məsul vəzifələrdə çalışıb.

Qeyd edək ki, Göygöl DAİM-in əvvəlki direktoru Atəş Avazov bir müddət əvvəl vəzifəsindən azad edilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...