Oktyabrın 14-də “Hilton” otelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi ilə bağlı tədbir keçirilir.
Ednews xəbər verir ki, tədbirdən öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Bu gün tədbirə tanınmış insanlar, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən qonaqlar, dövlət xadimləri qatılıblar. Otuz il az bir dövr deyil. Təxminən Azərbaycanın müstəqilliyi ilə üst-üstə düşən bir dövr deməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu anbaan, günbəgün Azərbaycanın problemlərinə, vətəndaşlarımızın, keçmiş məcburi köçkünlərin, işğaldan əziyyət çəkən və müharibə dövründə fədakarlıq edən digər insanlarımızın problemlərinə, fəaliyyətlərinin işıqlandırılmasına və onların həmrəy olmasına yönəlmiş fəaliyyət göstərib. Fondun 30 illik fəaliyyətində çox böyük zəhmət var”.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasının 30 ili tamam olur. Fond 1992-ci ildə müstəqil qeyri-hökumət təşkilatı kimi yaradılıb, Azərbaycanda QHT-lər haqqında qanuna uyğun olaraq dövlət qeydiyyatından keçib.