Səfir: "Azərbaycan İsrail üçün önəmli müttəfiqdir"

Cəmiyyət 15:22 14.10.2022

"Azərbaycan İsrail üçün önəmli müttəfiqdir".

Ednews
xəbər verir ki, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşdə deyib.

Diplomat tələbələrə mühazirə oxumamışdan əvvəl ali məktəbin rektoru, akademik Kamal Abdulla ilə “Səfir saatı” layihəsi çərçivəsində bir araya gəlib.

İki ölkə arasında müxtəlif istiqamətlərdə olan əməkdaşlığı, o cümlədən, təhsil və elm sahəsində olan əlaqələri yüksək dəyərləndirən səfir bildirib ki, ADU ibri dilinin öyrədildiyi yeganə ali məktəbdir: "Bu universitetdə dilimizin yüksək səviyyədə tədrisi məni çox sevindirir. Tələbələrinizin ibri dili biliyi yüksək səviyyədədir. Siz müəllimləriniz və tələbələrinizlə fəxr edə bilərsiniz. Azərbaycan Dillər Universiteti Azərbaycan-İsrail münasibətlərində bir körpüdür. İbri dilini öyrənən tələbələr gələcəkdə iki ölkə arasındakı münasibətlərdə öz işlərini yüksək səviyyədə görəcəklər”.

Rəsmi görüşdən sonra C.Dik tələbələrə Azərbaycan-İsrail diplomatik əlaqələri haqqında mühazirə oxuyub. Bu əlaqələrin 30 illiyi ilə bağlı danışan səfir İsrailin Azərbaycanın müstəqilliyini tanıdığı bir dövrdə çətinliklər yaşaması və bir çox ölkələr tərəfindən boykot edilməsi kimi məsələlərə toxunub. Azərbaycanın İsrail üçün önəmli müttəfiq olmasına toxunan səfir xüsusi olaraq vurğulayıb ki, bir çox digər ölkələrdə əziyyət və qadağalar görən yəhudi xalqı Azərbaycanda özünü rahat və öz evindəki kimi hiss edir. Səfir əlavə edib ki, yaşadığı bir çox ölkədə tarixən əziyyətlərə və təqiblərə məruz qalmış yəhudilər həmin ölkələri tərk etməyə məcbur qalıblar. Azərbaycanda isə yəhudilər artıq bir neçə yüzilliklər ərzində sabit və hər hansı ayrı-seçkiliyə, təqibə məruz qalmadan yaşayırlar. Səfir tariximizə istinad edərək vurğulayıb ki, Quba xanı Fətəli xan yəhudiləri mümkün xarici təqiblərdən qorumaqdan ötrü qəsəbə salmaq üçün ayrıca bir ərazi ayırmış və onların hər hansı təqibdən uzaq yaşamasını təmin etmişdir. Səfir yəhudilərin bu gün də Qırmızı Qəsəbədə dinc şəraitdə yaşadığını vurğulayıb.

Görüşdə səfir İsrail və Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətə malik olduğunu qeyd edərək, Azərbaycanın İsrail üçün nadir tərəfdaş olduğunu sözlərinə əlavə edib. İsrail və Azərbaycanın multikultural dəyərlərindən söz açan Corc Dik hər iki ölkənin müxtəlif dinin nümayəndələrinə tolerant yanaşdığını qeyd edib. O, fərqli dinlərə malik insanların dinc şəraitdə yaşadığı Azərbaycanın multikulturalizm ənənələri baxımından unikal model olduğunu və Azərbaycanı başqa müsəlman ölkələrinə nümunə olduğunu söyləyib. İsraildə yəhudilər ilə yanaşı müxtəlif dini nümayəndələrin dinc şəraitdə yaşadığını vurğulayan səfir bu istiqamətdə Azərbaycan ilə oxşar xüsusiyyətlərə malik olduğunu söyləyib. O əlavə edib ki, Azərbaycanın bu nümunəsi sonradan İsrailin İordaniya, Səudiyyə Ərəbistanı, Misir timsalında digər müsəlman ölkələri ilə əlaqə qurmasında da nümunə olub.

C.Dik Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr artan xətt üzrə inkişaf etdiyini və bu, qeyri-neft sektorunu da əhatə etdiyini qeyd edib. Azərbaycan və İsrail arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən diplomat əlaqələrin ölkələrin müxtəlif regionları arasında da inkişaf etdirildiyini vurğulayıb.

Səfir sözlərinə görə, Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün çoxlu sayda müxtəlif sahələr mövcuddur, Azərbaycanın bunun üçün geniş imkanları vardır və ölkələr bu istiqamətdə öz təcrübələrini bölüşə bilərlər.

Aprelin 26 da Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Aprelin 26 da Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov-VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
Hamısı