Quido Ambroso BAMF-ı 30 illik yubileyi münasibətilə təbrik edib Tədbirdəki çıxışdan

Cəmiyyət 16:32 14.10.2022

Oktyabrın 14-də “Hilton” otelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Ednews xəbər verir ki, tədbirdə BMT-nin ölkə üzrə resident əlaqələndiricisinin əvəzi Quido Ambroso çıxış edib. O, BAMF-ı yubiley münasibətilə təbrik edərək bunları söyləyib:

“Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə BMT-nin rezident əlaqələndiricisi xanım Vladanka Andreevanın adından çıxış etdiyim üçün çox şadam.

Cənab, Umud Mirzəyevi və onun komandasını son 30 ildə icma inkişafı, media və vətəndaş cəmiyyətinin inkişafı, minalarla mübarizə sahələrində, eləcə də qaçqınlar və məcburi köçkünlərin üzləşdiyi problemlərin həllində gördüyü peşəkar işlərə görə səmimi qəlbdən təbrik edirəm.

BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) xüsusi məşvərətçi üzvü olan BAMF BMT-nin Azərbaycandakı agentlikləri ilə fəal əməkdaşlıq edir və BMT tərəfindən çağırılan beynəlxalq konfranslarda iştirak edir”.

Q.Ambroso BAMF-ın layihələrindən də söz açıb. O qeyd edib ki, BAMF hazırda BMT-nin Qaçqınlar üzrə Agentliyi ilə Minalara Qarşı Maarifləndirmə layihəsinin həyata keçirilməsində əməkdaşlıq edir.

“Layihə  200 məcburi köçkün icması fəalı və dövlət işçisi, o cümlədən səhiyyə, təhsil və digər dövlət xidmətlərinin məsul işçiləri üçün Partlayıcı Sursatlar Riskinin Maarifləndirilməsi üzrə xüsusi təlimlər keçir, onlara Azərbaycandakı məcburi köçkün icmaları daxilində maarifləndirmə sessiyaları və məlumatların yayılmasını təşkil etməyə imkan verir. Bu tədbirlər Ağcabədi, Ağdam, Tərtər və Goranboy rayonlarında məskunlaşan 25 minə qədər məcburi köçkünə yönəlib”.

BMT nümayəndəsi çıxışına davam edərək dedi ki, BAMF həmçinin BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə bir sıra layihələr həyata keçirib.

“UNICEF-in BAMF ilə birgə partlayıcı sursat riski ilə bağlı maarifləndirmə proqramı müxtəlif fəaliyyətlər vasitəsilə uşaqların, ailələrin və icmaların təhsilinə töhfə verib. Fond 50 icmanı əhatə edən altı münaqişədən təsirlənmiş rayonlarda da müvafiq proqramı həyata keçirir. 50.000-dən çox yerli əhali, o cümlədən 12.000-dən çox uşaq, ictimaiyyətin iştirakı ilə partlayıcı sursat riski ilə bağlı maarrifləniblər.

BAMF ilə əməkdaşlıq BMT-nin yerli vətəndaş cəmiyyəti təşkilatları ilə tərəfdaşlığının gözəl nümunələrindən biridir. 1945-ci ildə yarandığı gündən bəri Birləşmiş Millətlər Təşkilatı QHT-lərlə fəal şəkildə məşğul olur və təşkilatın ideallarını inkişaf etdirməyin vacibliyini dərk edir.

Cənab Mirzəyev, BMT-nin Azərbaycandakı Ölkə Qrupu adından sizi və komandanızı təşkilatınızın 30 illik yubileyi münasibətilə təbrik etmək istərdim. Biz Azərbaycanda 2030-cu il Gündəliyinin irəliləyişi üzrə gələcək tərəfdaşlığımızı səbirsizliklə gözləyirik”.

 

 

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Hamısı