Oktyabrın 14-də Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi münasibətilə tədbir keçirilib.
Ednews xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxış edib.
O, çıxışında BAMF-ı 30 illik yubiley münasibətilə təbrik edib.
“Fond ötən 30 illik fəaliyyətinə yekun vurub və yeni dövr üçün planlar qurub. Beynəlxalq Avrasiya Mətbuat Fondu təsis olunduqdan bəri bütün fəaliyyətini sülh quruculuğu prosesinə həsr edib.
Eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 illik yubileyi münasibətilə Dövlət Komitəsi tərəfindən təltif olunub.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasının 30 ili tamam olur. Fond 1992-ci ildə müstəqil qeyri-hökumət təşkilatı kimi yaradılıb, Azərbaycanda QHT-lər haqqında qanuna uyğun olaraq dövlət qeydiyyatından keçib.