Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyevin təşkilatçılığı ilə Azərbaycana dəvət edilən xarici qonaqlarla Xocavəndin Edilli kəndində kütləvi məzarlığı ziyarət edib.
Ednews xəbər verir ki, Umud Mirzəyev xarici qonaqlara ermənilərin törətdiyi vəhşiliklərlə tanış edib.
Xatırladaq ki, bu ilin oktyabr ayının 4-də Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Xatırladaq ki, həmin kənddə bu ilin fevral ayında da azərbaycanlıların kütləvi dəfn edildiyi məzarlıq tapılmışdı.
Daha ətraflı video-süjetdə...