“Füzulinin işğaldan azad edilməsi xəbərini 30 ildir ki, gözləyirdik. Xəbərin intizarında idik”.
Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyev İctimai televiziyada Füzuli şəhərinin işğaldan azad olunması barədə danışarkən bildirib.
“2 il öncə, 27 sentybarda dünyanın aparıcı media qurumlarından biri olan “Əl-Cəzirə” Media şəbəkəsi ilə ön cəbhədə idim. 27 noyabra kimi televiziyanın ingilis redaksiya ilə birlikdə 2 ay boyunca ön cəbhədə, gecə-gündüz bütün baş verənlərin içərisində olduq. Zatən, son 30 ildir ki, biz bu gərginliyi yaşadıq.
Yurd-yuva itirməkdən dəhşətli acı yoxdur, insan xatirələrini, gəncliyini, görüşlərini, tanışlarını, dostlarını, yaxınlarını itirir. Müharibə dəhşətli mövzudur. O yerdə ki, sən müharibənin içində olursan. Biz o müharibənin içində olduq. Bəzən deyirəm ki, güllələr yan keçdi, düzdü, şəhid olmadıq, amma daxilən, mənən, içəridən biz şəhid olduq. Müharibənin acılarından saatlarla, aylarla, illərlə danışmaq olar. Çoxsaylı kitablar, filmlər çəkmək olar”.
U.Mirzəyev Füzulinin azad edilməsi ilə bağlı, həmçinin müzəffər ordumuz haqda da fikirlər səsləndirib:
“Bu gün özəl gündür. Füzulinin işğaldan azad edildiyi gündür. Bu vaxta qədər topraqlarımızın böyük bir hissəsi işğaldan azad edilib. Yəni, Füzuli kilid olaraq müəyyən çətnliklər yaradırdı. Ohanyan kimi dırnaq arası erməni hərbi komandirləri səddlər yaratmışdılar, daha çox 2 bölgədə - Ağdam və Füzulidə. Zatən onlar da qarşıdurmanın Füzuildən və Ağdamdan gələcəyini planlayaraq böyük səddlər, divarlar qurmuşdular. Müzəffər ordumuz onların gözlədiyi tərəfdən yox, tamam fərqli tərəfdən Füzluni azad etdilər. Ali Baş Komandanamızın rəhbərliyi ilə 44 günlük müharibə dövründə çox böyük döyüş taktikası seçilmişdi”.
Qeyd edək ki, bu gün - oktyabrın 17-si Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.