TDT Baş katibi Azərbaycanı təbrik edib - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

TDT Baş katibi Azərbaycanı təbrik edib

Cəmiyyət A- A A+

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasını Müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə təbrik edib.

Ednews xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycanın 31 il ərzinə qət etdiyi yol, siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi irəliləyiş, bölgədə və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasında oynadığı rol, ayrıca türk dünyasının birlik və bərabərliyinin inkişafında göstərdiyi səylər, sadəcə türk dünyası yox, bütün dünya tərəfindən təqdirlə qarşılanır.

Bu əlamətdar günü qeyd etmək üçün azərbaycanlı qardaşlarımıza qoşulur, Türk Dövlətləri Təşkilatının yeni inkişaf dövrünə möhkəm addımlarla irəliləməsinə şərait yaradan Azərbaycan hökumətinin bütün nazirliklərinə, dövlət və özəl sektor müəssisə və təşkilatlarına, xüsusilə möhtərəm Prezident İlham Əliyevə göstərdikləri fasiləsiz dəstəyə və köməyə görə minnətdarlığımızı bildiririk.

Bu münasibətlə bir daha səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına ölkənin hər yerində dalğalanan şanlı bayraq altında firavan və işıqlı gələcək arzulayıram”, - Baş katibin təbrikdə deyilir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...