Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi ilə bağlı təbrik edib.
Ednews təbrik mətnini təqdim edir.
“Sizi Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi münasibətilə öz adımdan və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi adından təbrik edirəm!
30 illik mənalı və şərəfli yol keçərək dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə uğurlu əməkdaşlıq edən, BTM-nin Sosial-İqtisadi Şurasının (ECOSOC) yüksək statuslu üvz olan BAMF fəaliyyət göstərdiyi illər ərzində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib.
Sizin rəhbərliyinizlə BAMF Azərbaycan, o cümlədən Qarabağ haqqında obyektiv informasiyaların dünya ictimaiyyətinə çatdırılması, ölkəmizdə müstəqil medianın inkişafı istiqamətində böyük naliyyətlər əldə etmişdir. Həmçinin ölkədə dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin stimullaşdırılması, dövlətçiliyin möhkəmləndirilməsi, innovativ ideyaların həyata keçirilməsi sahəsində çoxsaylı mühüm layihələrə imza atmışdır. Müasir jurnalistikanın formalaşması, dayanıqlı inkişaf edən vətəndaş cəmiyyətinin qurulması istiqamətində qurucusu olduğunuz BAMF hazırda ölkəmizdə nüfuzlu, həmçinin beynəlxalq təşkilatların hesablaşdığı və əməkdaşlıq etdiyi bir quruma çevrilmişdir.
Azərbaycanda sosial biznesin inkişafına töhfə vermək məqsədilə UNEC və BAMF-ın birgə yaratdığı Nobel mükafatçısı Məhəmməd Yunus adına Sosial Biznes Mərkəzi bu gün uğurla fəaliyyət göstərərək sosial biznesin inkişafına öz töhfələrini verir.
Hörmətli Umud müəllim,
Sizi və BAMF-ın kollektivini yubileyiniz münasibətilə bir daha təbrik edirəm, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram”!
Qeyd edək ki, BAMF-ın 30 illiyi ilə əlaqədar təbrik məktubları gəlməkdə davam edir.