"Bakıda 9 yeni stansiya tikiləcək. Bu stansiyalardan 3-ü Dərnəgüldən sonra Koroğlu stansiyasına qədər Ziya Bünyadov prospektində olacaq stansiyalardır. 4 stansiya isə Xətaidən sonra Həzi Aslanov-2 stansiyasına qədərdir.
Ednews xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verilib.
Onun sözlərinə görə bu stansiyaların yerləşmə ərazisi Ağ şəhərin girişində, digəri isə Xəzər televiziyasının binası yaxınlığındadır:
“Bu ərazidə artıq tunel qazılıb. Tikinti işləri məhz buradan başlayacaq. Növbəti stansiya "Nargilə" keçmiş avtomobil zavodu ətrafında, dördüncü isə Həzi Aslanov-2 olacaq. Bu stansiyada da müəyyən işlər görülüb, tamamlanma işləri layihənin həyata keçirilməsindən asılı olacaq”.
Qurum rəsmisi əlavə edib ki, Həzi Aslanovdan çıxan qatar yalnız İçərişəhər istiqamətinə gedəcək:
“Buradan yaşıl xəttə keçmək üçün isə müxtəlif mənbələr olacaq. Həzi Aslanov, 28 May və Koroğlu stansiyalarında keçidlər olacaq. Bu o deməkdir ki, Koroğlu stansiyasından Elmlər Akademiyası stansiyasına getmək istəyənlər 15 dəqiqə ərzində ünvana çatacaqlar. İnterval isə 2 dəqiqə olacaq" , - deyə Bəxtiyar Məmmədov bildirib.
Bizim.media