“Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq” - RƏSMİ - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

“Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq” - RƏSMİ

Cəmiyyət A- A A+
“Cəbrayıl” Qovşaq Yarımstansiyası sayəsində Avropa enerji bazarlarına daha əlverişli çıxış əldə etmək mümkün olacaq.
 
Ednews xəbər verir ki, bunu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Baba Rzayev 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyası barədə Prezident İlham Əliyevə məlumat verərkən deyib.
 
“Cəbrayıl” Qovşaq Yarımstansiyasının əhəmiyyəti barədə məlumat verən Baba Rzayev deyib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...