Siyəzəndə 46 yaşlı kişi evində ölü tapılıb.
Ednews-un xəbərinə görə, rayon sakini, 1976-cı il təvəllüdlü Nadirov Rəşad Aydın oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.
Bu barədə hüquq-mühafizə orqanlarına onun qardaşı məlumat verib.
Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.