“Bu il Göyçayda məhsul bayramı olan Nar Festivalı keçirilməyəcək”.
Ednews xəbər verir ki bu barədə Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib. Səbəb haqqında konkret məlumat verilməsə də rayonda rəsmi şəkildə heç bir hazırlığın olmadığı diqqətə çatdırılıb.
Xatırladaq ki, hər il 40 minə yaxın insanı Nar festivalında qarşılayan Göyçay artıq 3-cü ildir ki, bu tədbiri keçirmir.
Qeyd edək ki, sonuncu dəfə Göyçayda Nar Festivalı 2019-cu ilin noyabrın 9-da, Dövlət Bayraq Günündə təşkil olunub.