Abşeronda şadlıq sarayının yaxınlığında avtomobil piyadanı vuraraq öldürüb.
Ednews xəbərinə görə, hadisə oktyabrın 30-u saat 21:30 radələrində rayonun Mehdiabad qəsəbəsi, "Töhfə" şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Orucov Samir Saleh oğlu idarə etdiyi "Nissan" markalı, 77-GA-950 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu qarşıdan-qarşıya keçmək istəyən piyada, 1974-cü il təvəllüdlü Allahverdiyev İman Sabir oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.