“Şuşa Dost Mərkəzinin layihələndirilməsi tam hazırdır” - Sahil Babayev - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

“Şuşa Dost Mərkəzinin layihələndirilməsi tam hazırdır” - Sahil Babayev

Cəmiyyət A- A A+

“Şuşa Dost Mərkəzinin layihələndirilməsi tam hazırdır, növbəti ildə tikintisi və istismara verilməsi nəzərdə tutulur”.

Ednews xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Nazir işğaldan azad edilən digər ərazilərdə də DOST filiallarının yaradılacağından bəhs edib:

“Eyni zamanda Cəbrayılda digər regional DOST Mərkəzinin, Kəlbəcərdə Reabilitasiya Mərkəzinin, Ağdam, Tərtər və digər rayonlarda DOST filiallarının planları hazırdır. İşğaldan azad olunmuş ərazilərimizin baş planları hazır olduqca, bu layihələr mərhələli şəkildə icra olunacaq. Həmçinin DOST İnklüziv və Yaradıcılıq mərkəzləri şəbəkəsinin genişləndirilməsində də maraqlıyıq. Həm Bakı şəhərində, həm də regionlarda şəbəkənin genişləndirilməsi ilə bağlı planlar var. Tələbatdan asılı olaraq onların həcmi müəyyən ediləcək".

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...