Kürdəmirdə şəhid bulağının açılışı olub - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Kürdəmirdə şəhid bulağının açılışı olub

Cəmiyyət A- A A+

Kürdəmirdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri, şəhid Nəzər Azizovun adını daşıyan ehsan bulağının açılışı olub.

Ednews
xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Bulaq şəhid ailəsinin yaxınlarının şəxsi vəsaiti hesabına rayonun Dəyirmanlı kəndində inşa olunub.

Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər N.Əzizovun keçdiyi döyüş yolundan danışıblar.

Şəhidin anası Cəmafət Əzizova dövlətin ailəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Daha sonra məktəblilərin ifasında şeir və müxtəlif kompazisiyalar ifa olunub.

Qeyd edək ki, şəhid Nəzər Ağacəli oğlu Əzizov 1991-ci ildə Bakı şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 2011-ci ildə hərbi xidməti başa vurub və gizirlik kursuna yazılıb. 2012-ci ildə gizirlik kursunu bitirdikdən sonra Ağdam rayonunda xidmət edib. Sonra N.Əzizov XTQ-nin tərkibində xidmətə başlayıb.

O, 2016-ci ildə Aprel döyüşlərində iştirak edib. Xidməti dövründə N.Əzizov bir sıra fəxri fərman və medallarla təltif olunub.

O, Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

N.Əzizov bu ilin sentyabr ayının 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. O, Kürdəmir rayon Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin iki övladı Vətənə əmanət qalıb.

N.Əzizov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Şücaətə görə" və 3-cü dərəcəli “Rəşadət” ordeni medalları ilə təltif edilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...