Vüqar Süleymanov: “Mina qalıqları sülhə ən ciddi maneələrdən biri olaraq qalır”

Cəmiyyət 10:38 17.11.2022

Azərbaycan Hökumətinin təşəbbüsü və Minatəmizləmə Agentliyininin (ANAMA) təşkilatçılığı ilə “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda 3 günlük beynəlxalq tədbir keçirilir.

Ednews xəbər verir ki, tədbiri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov açaraq qonaqları salamlayıb. O, qeyd edib ki, tədbir ilk olaraq minatəmizləmə sahəsində istifadə olunan yenilikçi metodların tətbiqi imkanlarını araşdırmaqla, “minasız həyat” çağırışlarına dəstək göstərmək, humanitar minatəmizləmə sahəsində Azərbaycanın təşəbbüslərinə töhvə vermək məqsədi ilə həyata keçirilir.     

“Bu gün də mina və müharibə qalıqları dünyanın bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına, inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biri olaraq qalır. Təbii ki, bu cür, qlobal miqyasda mövcud olan problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsi, müxtəlif metodologiyaların və üsulların tətbiqini  şərtləndirir.

Bu tədbir bizim üçün həm əməkdaşlıq, həm də bölüşmə, öyrənmə və inkişaf üçün xüsusi önəm daşıyır. Azərbaycan hökumətinin təşəbbüsü ilə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təşkilatçılığı ilə ərsəyə gələn bu tədbirə dünyanın 28 ölkəsindən, 60-dan yuxarı iştirakçı qatılıb. Dünyanın müxtəlif yerlərindən videoformatda qoşulan iştirakçılar da var. Düşünürük ki, mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların səmərəli müzakirəsi mina təhlükəsi ilə mübarizədə faydalı və keyfiyyətli həllərin tətbiqi üçün önəmli olacaq”.

Vüqar Süleymanov bildirib ki, Azərbaycan Qarabağ bölgəsi mina və partlamamış hərbi sursatlar ilə çirklənmə səviyyəsinə görə dünyada ilk pillələrdə yer alır.

“Dünən Ağdam şəhərinə səfər edən tədbir iştirakçılarının və xarici mütəxəssislərin problemin miqyası ilə əyani – daha yaxından tanış olmaq imkanı olmuşdur. Problemin miqyasına uyğun olaraq, minatəmizləmə fəaliyyəti post-münaqişə dövründə Azərbaycan dövləti üçün xüsusi prioritetlərdən biri kimi müəyyən edilmişdir. Məsələ daim Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqətindədir və bu istiqamətdə fasiləsiz işlər görülür. Xüsusilə, post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri fonunda ANAMA-nın texniki imkanları, insan resursları və əməliyyat metodları da xeyli inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq Azərbaycanda minatəmizləmə fəaliyyətinin həm mahiyyətcə, həm də məzmunca yeni bir mərhələsinə keçid istiqamətində önəmli addımlar atılır”.

Sədr həmçinin tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu günə qədər təmizlənən minalardan da məlumat verib.        

“Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətindir. 10 noyabr 2020-ci ildən bu günədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 59.055 min hektar ərazi təmizlənib, 76.810 min  mina və partlamamış hərbi sursat zərərsizləşdirib. Bunlardan 13.211 mini tank əleyhinə mina, 26.899 mini piyada əleyhinə mina, 36.700 mini isə partlamamış hərbi sursatlar olub. Təəssüflər olsun ki, 2-ci Qarabağ müharibəsindən keçən dövr ərzində 268 nəfər mina partlayışından zərər çəkib, onlardan 44 nəfəri həyatını itirib”.

Çıxışının sonunda Vüqar Süleymanov qeyd edib ki, Azərbaycan 2030-cu ilədək Milli Prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə təhlükəsiz həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edib.

“Bu baxımdan beynəlxalq minatəmizləmə qurumlarının potensial imkanlarının öyrənilməsi, təcrübə və nəticələrin dəyərləndirilməsi, habelə, minatəmizləmə əməliyyatları zamanı yaranan çətinliklərin aradan qaldırılmasında yeni yanaşmaların tətbiqi, keyfiyyətli və səmərəli nəticələrin əldə olunması və mümkün əməkdaşlıq imkanları ANAMA -nın əsas diqqət etdiyi sahələrdəndir”.

Qeyd edək ki, tədbir noyabrın 16-dan 18-dək davam edəcək.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı