Vərdişlər: Psixoloji pozğunluq yoxsa alışqanlıq - Psixoloqdan AÇIQLAMA - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Vərdişlər: Psixoloji pozğunluq yoxsa alışqanlıq - Psixoloqdan AÇIQLAMA

Cəmiyyət A- A A+

Bir çox insanların vədişləri ilə bağlı problemləri olur. Bəzən bu vərdişlər xırda bir səbəbdən başlasa da, getdikcə hətta psixi pozğunluğa qədər genişlənə bilir. 

Vərdiş psixoloji və fizioloji aspektdən ibarətdir. Ona görə də uşaqlıqdan yaranan vərdişləri nə qədər tez yadırğasaz sizə bir o qədər yaxşıdır.

Uşaqlıqdan içimizdə bəslədiyimiz travmalar, qorxular yaş irəlilədikcə vərdişlərə hətta psixoloji vərdişlərə çevrilə bilir. 

Bəs bu problemlə necə mübarizə aparmaq olar? 

“Psixologiyada pis vərdişlərə davranış pozuntusu deyilir”- bu sözləri psixoloq Taryel Faziloğlu Ednews-a açıqlaması zaman bildirdi. 

Psixoloq: “Azərbaycan cəmiyyəti kütləvi psixozdan əziyyət çəkir” - MÜSAHİBƏ

“Davranış pozuntularının aslılıq, eqosentrik və s.kimi növləri mövcuddur. Onların yaranma səbəbləri isə müxtəlifdir. Əsas olaraq, ailənin uşağının üzərində əsməsi, onu daima nəzarət altında saxlamasından qaynaqlanır. Uşağa məsuliyyət verilmədiyindən, onda heç bir fikir formalaşmır. Yəni, ifrat dərəcədə oxşamalar uşaqda eqosentrik növünü yarada bilər”.

Эгоцентризм | Блог 4brain

Psixoloq həmçinin, bunun tam əksi olan növündən də danışıb:

 “Negativ, aqresiv fonlu davranış pozuntusu da vardır ki, bu da uşağa qarşı aqressiv davranış, ailədə mövcud olan münaqişələrdən qaynaqlanır”.   

Реакция на капризы ребенка - Я happy МАМА

Psixoloqun sözlərinə görə, uşaq ailədə yalnız təhqirə məruz qalır, alçaldılırsa, bu zaman onda özgüvənlik formalaşmır, davamlı yalan danışır, nəyisə istəyəndə amma almayanda, bu zaman oğurluğa meyllənir. Bunun adı isə kleptomaniyadır”.

Understanding kleptomania and dishonesty - Tikvah Lake Florida

T.Faziloğlunun öncədən bildirdiyi kimi, uşaqda yaranan zərərli vərdişlərin başlıca səbəbi ailənin övladına olan davranışıdır. Çünki uşaqlar ailənin aynasıdır. Ailənin dediklərini yox, daha çox onların gördüyü hərəkətləri təqdir edir.

Детские психологические травмы, как они влияют на нашу жизнь?

Psixoloq “Bəs psixoloji travmalar nədir, kökü nədən qaynaqlanır və onun necə dəyişmək mümkündür”- sualına cavab olaraq bildirib ki,  “Psixoloji travmalar şüuraltına oturduqdan sonra onu dəyişmək olmur. Korreksiya etmək mümkün olsa da, birdəfəlik aradan qaldırmaq olmur. Travmaları da vərdişlərdən fərqləndirən cəhət məhz budur. Çünki travmaların emosional kökü, ocağı mövcud olan psixoloji pozuntu yaradır. İnsan hər hansı bir qıcıqlanma halı yaşadıqda, dərhal psixoloji travmalarını büruzə verməyə başlayır.

Как детские психологические травмы влияют на взрослую жизнь | Пикабу

Son olaraq psixoloq Tariyel qorxulardan danışarkən bildirib ki, “uşaqlıqdan bu günümüzə qədər içimizdə daşıdığımız qorxuları yalnız psixoloji dəstək alaraq, aşmaq olar. Bunu təkbaşına etmək çox çətindir. Çünki bunlar sizin düşüncə tərzinizin müəyyən doğrularına bağlıdır. Həqiqətdə isə bunlar bizim özlüyümüzdə formalaşdırdığımız yanlış doğrulardır. Bunun qarşısını almaq üçün ya peşəkar dəstək almalı, ya da daha böyük bir sarsıntı yaşamalısız. Böyük sarsıntı yaşamaqdansa, peşəkar dəstək almağı məsləhət görərdim. Heç nədən asılı olmadan, hər bir insan ayda 2 dəfə peşəkar psixoloji dəstək almalıdır. Bu insanın özünə edə biləcəyi ən böyük kömək və yaxşılıqdır”.

Rəna Mürşüd



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...