Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə 10 gün ərzində dövlət qeydiyyatından keçirilməsi tələb olunur.
Ednews xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası zamanı komitə üzvü Kamal Cəfərov məlumat verib.
Kamal Cəfərov bildirib ki, “Yol hərəkəti haqqında” qanun atəklif edilən dəyişikliyə əsasən nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.