Qətl törətməkdə təqsirləndirilərək həbs olunan meyxanaçı Rəşad Dağlı ilə ailəsi sabag görüşəcək.
Ednews interpress.az-a istinadən bildirir ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan meyxanaçı ilə ailə üzvlərinin görüşünə icazə verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.