Şəmkir sakini dəm qazından boğularaq ölüb - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Şəmkir sakini dəm qazından boğularaq ölüb

Cəmiyyət A- A A+
Şəmkirdə 40 yaşlı kişi dəm qazından zəhərələnək ölüb. Ednews-un məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. 40 yaşlı rayon sakini yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayon Polis Şöbəsinə rayon sakini, 1982-cı il təvəllüdlü Abulrəhimov Elbrusun yaşadığı evdə dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırma zamanı məlum olub ki, E.Abulrəhimov hamamda dəm qazından boğulub. Faktla bağlı araşdırmalar davam etdirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...