Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev, 1990-cı təvəllüdlü Fazil Zeynalov saxlanılıb.
Bu barədə Ednews Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur. Araşdırmalar davam etdirilir.