Xarici kitabların tərcümə işi niyə bərbaddır? Naşirlər nəşriyyat institunun "kəndçisayağı" fəaliyyətindən ŞİKAYƏTÇİDİR

Cəmiyyət 15:36 22.11.2022
Müasir dövrlərdə əsasən gənc oxucular xarici ədəbiyyata daha çox maraq göstərsələr də, oxucular azərbaycan dilinə tərcümə olunmuş ədəbiyyatdan qaçmağa çalışırlar. Buna əsas səbəb isə tərcümə olunan əsərlərin onları qane etməməsi göstərilir.
 
Məsələ ilə bağlı Ednews-a danışan tərcüməçi və yazıçı Nadir Qocabəyli bildirib ki, tərcümələr heç sovet dövründə də istənilən keyfiyyətdə olmayıb.
 
“Təbii ki, müəyyən istisnalar olub. Yəni demək istəriyəm ki, tərcümə təsərrüfatımızın güclü təməli yoxdur. Bu ənənə bizdə xeyli zəifdir. Bu da tərcüməçilik sənətinin məktəbi olmaması ilə bağlıdır. Əlbəttə, bir neçə ali məktəb mövcuddur, amma düşünürəm ki, onlar bu sahədə keyfiyyətli təhsil verə, peşəkar kadrlar yetişdirə bilmirlər”. 
 
Yazıçı, həmçinin Azərbaycan orfoqrafiyası və leksikologiyasında olan problemlərdən də söz açıb.
 
“Azərbaycan dilinin hazırkı leksik, qrammatik, sintaktik imkanları əsərlərin tərcümə olunduğu dillərlə müqayisədə xeyli zəifdir. İnternet dövründə, isə ümumiyyətlə “pinti” bir dil yaranıb. Üçüncü səbəb nəşriyyat institunun qeyri-elmi, "kəndçisayağı" fəaliyyətidir, yəni normal, savadlı, tərcrübəli, peşəkar redaktorlar, korrektorlar yoxdur”. 
 
Söhbət əsnasında N.Qocabəyli tərcümə ədəbiyyatının probleminin digər ictimai-siyasi problemlərdən ayrı deyil, hətta onlardan qaynaqlandığını da vurğulayıb.
 
“Naşirlər ucuz işçi qüvvəsindən, təsadüfi adamların xidmətindən istifadə edirlər. (əsasən tələbələrdən, müəllimlərdən). Belə baxanda onları da qınamaq olmur, çünki istehsal etdikləri məhsul elə qiymətə başa gəlməlidir ki, sata bilsinlər. Bizdə isə baha qiymətə kitab ala bilən təbəqə yoxdur. 
 
Tərcüməçi bu gün Azərbaycan oxucusunun hədsiz kasıbladığını da bildirib:
 
“Pulu olan adamlar isə kitab oxuyan deyil. Bəzən deyirlər ki, axşamlar restoranlar dolu olur, amma unutmaq olmaz ki, restoran və kitabxana ziyarətçiləri ayrı-ayrı təbəqələrdir. Müstəqillikdən sonra bizdə potensial oxucu kütləsi, demək olar ki, məhv edilib. Odur ki, məsələyə dar yox, geniş aspektdən yanaşmaq doğrudur”.
 
Ölkədə çap olunan tərcümə kitablarının hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün “Qanun” nəşriyyatına müraciət etdik. Naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə oxucuların çoxunun xarici dillərdə oxumağa üstünlük vermədiyini bildirib:
 
 
“Oxucuların hər biri xarici dilləri bilə bilməz ki. Bütün dünyada kitablar tərcümə olunur, eləcə də bizdə olmalıdır. Narazılıq ola bilər, amma bu o demək deyil ki, tərcümə olunmamalıdır”.
 
Direktor “Qanun” nəşriyyatının hər gün yeni kitab çap etdiyini və bunların əsasən tərcümə kitabları olduğunu da vurğulayıb:
 
“ Biz il ərzində 400 kitab nəşr edirik. Onun təqribi 85-90%-ni tərcümə ədəbiyyatı təşkil edir”.
 
Nəzrin Beydiyeva
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı