Gədəbəydə 1963-cü il təvəllüdlü Mehri Cəfərovanı bıçaqlamaqda şübhəli bilinən şəxs döyülərək xəstəxanalıq olub.
Ednews bildirir ki, Düzyurd kəndində həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən 1959-cu il təvəllüdlü Vaqif Valeh oğlu Cəfərov naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.