Türkiyədə zəlzələdə xəsarət alanların sayı 68-ə çatdı - YENİLƏNİB - VİDEO - FOTOLAR - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

Türkiyədə zəlzələdə xəsarət alanların sayı 68-ə çatdı - YENİLƏNİB - VİDEO - FOTOLAR

Cəmiyyət A- A A+
Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib. Onlardan birinin vəziyyəti ağırdır.
 
Ednews  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
 
Nazir 28 yaşlı Əfqanıstan vətəndaşının zəlzələ zamanı birinci mərtəbədən yıxılaraq beyin qanaması keçirdiyini, süni nəfəs aparatına qoşulduğunu və vəziyyətinin ağır olduğunu deyib.
 
Qeyd edilib ki, son məlumatlara əsasən, 68 yaralı var. Bunlardan 26-sı xəstəxanada müalicə olunur. Ağır yaralılardan başqa vətəndaşların ümumi vəziyyəti yaxşıdır, ciddi problemi yoxdur.
 
Xatırladaq ki, yerli vaxtla saat 04:08-də Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.
 
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...