Biləsuvar rayonunda ot kipləri yanıb.
Ednews Bizim media-ya istinadən xəbər verir ki, məlumatına görə, hadisə rayonun Yuxarı Cürəli kəndində Sabit Cəfərova məxsus təsərrüfatda qeydə alınıb.
Belə ki, talvar altına yığılmış ot tayasında 2,5 ton ot kipi və 40 m² talvarın 20 m² yanar konstruksiyaları yanıb.
Hadisə yerinə Biləsuvar rayon DYMX-nin texnikaları və canlı qüvvəsi cəlb olunub. Hadisənin baş vermə səbəbi araşdırılır.