Alimlərdən yeni ixtira - Alzeihmer xəstəliyi - BELƏ MÜALİCƏ OLUNACAQ - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

Alimlərdən yeni ixtira - Alzeihmer xəstəliyi - BELƏ MÜALİCƏ OLUNACAQ

Cəmiyyət A- A A+
Alzeihmer xəstəliyinin müalicəsi tapılıb. 
 
Ednews xəbər verir ki,  Böyük Britaniyada aparılan uzunmüddətli tədqiqatlar nəticəsində  Genetik Prof. Dr Jon Hardi "Lecanemab" dərmanının buna təsir etdiyini aşkara çıxarıb. Yüngül demensiya olan xəstələrdə yaddaşın zəifləməsini azaltdığı deyilən dərmanın bir çox xəstə üçün ümid işığı olduğu açıqlanıb.  Mütəxəssisləri narahat edən yeganə məsələ isə Milli Səhiyyə Sistemi ilə bağlı bürokratiyanın dərmanın sınaq prosesinə təsir göstərməsidir.
Hazırda İngiltərədə təxminən 900.000 demans halı məlumdur. Bu isə Alzheimer xəstəliyinin 60-70% hallarda baş vermə ehtimalı olduğu mənasını verir. 
 
Lekanemabın klinik sınaqlarında beyindəki zəhərli amiloid zülalını təmizlədiyi və 18 aydan sonra simptomların gedişatını təxminən 27 faiz yavaşlatdığı sübut edilib. İki həftədə bir iynə şəklində verilən dərmanın gələn ilin sonlarına doğru satışa çıxarılacağı gözlənilir. 
 
Demansasiya və Alzheimer arasındakı fərq nədir? 
 
"Demans" termini beyin hüceyrələrinin məhvinə və itkisinə səbəb olan beyin xəstəliyi kimi insanlardakı ümumi  simptomları əhatə edir. Beyin hüceyrələrinin itirilməsi təbii prosesdir, lakin demensiyaya səbəb olan xəstəlikdə bu hadisə çox daha sürətli irəliləyir və xəstənin beyninin normal işləməməsinə səbəb olur. Demans bir insanın fəaliyyətinin yavaş və mütərəqqi pisləşməsinə səbəb olur. Demansların böyük əksəriyyətində insanın funksionallığını yenidən bərpa etmək mümkün deyil. 
 
Beyin zədələnməsi insanın yaddaş, diqqət, konsentrasiya, nitq və təfəkkür kimi psixi funksiyalarına təsir edir və təbii olaraq davranışlarında əks olunur. 
 
 Nəzrin Beydiyeva


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...