Baş prokuror Kamran Əliyev intiharlarla bağlı xəbərlərin yayılmasına münasibət bildirib.
Ednews xəbər verir ki, Kamran Əliyev Elmi Məsləhət Şurasının iclasında intiharlarla bağlı bəzi hallarda məlumatların düzgün işıqlandırılmadığını qeyd edib.
"Bu halların geniş, təfərrüatları ilə işıqlandırılması intihar hallarının çoxalmasına gətirib çıxarır.
Biz bir müddət əvvəl jurnalistlərlə görüş təşkil etdik. Bu cür xəbərlərin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr apardıq və bu, öz nəticəsini verdi”,- deyə Kamran Əliyev qeyd edib.
Baş prokuror bildirib ki, ötən illə müqayisədə intihar hadisələrində azalma müşahidə olunur:
“Ötən ilin birinci yarım ili ilə müqayisədə intihar hadisələrində 30-50 fakt azalma qeydə alınıb.
Mətbuat artıq bu xəbərlərə həssaslıq nümayiş etdirir".