“Şamaxıdakı problemlərin həlli zərurətə çevrilib” - Deputat - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Şamaxıdakı problemlərin həlli zərurətə çevrilib” - Deputat

Cəmiyyət A- A A+
Şamaxı 2023-cü il üçün türk dünyasının turizm paytaxtı seçilib. Bu səbəbdən rayonun problemlərin həlli zərurətə çevrilib.
 
Ednews xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Tamam Cəfərova deyib.
 
“Rayonun Ərcivan, Qaleybuğrud, Keçməddin kəndləri yol və körpü infrastrukturu olmadığı üçün turizmdən kənarda qalıb, əhalisi köçüb. Bundan başqa, 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin böyük hissəsi qarşılansa da, evləri hələ də təmir edilməmiş sakinlər var. Həmçinin rayonun bir sıra kənd və qəsəbələrində ciddi su çatışmazlığı problemi var. Sabir və Şəhriyar qəsəbələrinin su-kanalzasiya sisteminin yenidən qurulması ilə bağlı problemlər qalmaqdadır”, - deyə o qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...