Təyyarədə 5G ilə mobil telefondan istifadə etmək üçün 2008-ci ildə rezerv edilmiş tezliklərin ayrılması planlaşdırılır.
Ednews "qafqazinfo"ya istinadən xəbər verir ki, bununla da təyyarədə mobil telefondan istənilən formada istifadə etmək mümkün olacaq.
Belə ki, Avropa aviaşirkətlərinin təyyarələrinin göyərtəsində 5G simsiz rabitə olacaq. Bu da sərnişinlərə birbaşa uçuş zamanı mobil telefonla zəng etməyə və internetdən istifadə etməyə imkan verəcək.
Bu halda smartfonun bütün funksiyaları (zəng, mesajlaşma, video oyunlar oynamaq və s.) əlçatan olacaq.