Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı mobil operatorlar 857,5 milyon manat gəlir əldə edib.
Ednews bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əlavə olaraq bildirilib ki, 10 ay ərzində rabitə və informasiya müəssisələri 2 199,6 milyon manatlıq xidmət göstərib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur.
Xidmətlərin 73,9 %-i əhaliyə göstərilib.