Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Gəncəyə səfər edib. O, bununla bağlı növbəti tvitini yazıb.
Ednews xəbər verir ki, səfir paylaşımına “Hamınızın qadasın alım” sözləri ilə başlayıb.
“Baxın kiminlə görüşdüm! Azərbaycanlı ailəm və müəllimlərim. Onların sayəsində mən Azərbaycan dilini öyrəndim və sevdim”, deyə o, fikrini yekunlaşdırıb.