Bu qış Azərbaycanda necə keçəcək - Sərt, qarlı yoxsa mülayim? - PROQNOZ - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bu qış Azərbaycanda necə keçəcək - Sərt, qarlı yoxsa mülayim? - PROQNOZ

Cəmiyyət A- A A+

Hər il Azərbaycanda qışın sərt keçəcəyi ilə bağlı müxtəlif proqnozlar verilir. Son illər isə qış Azərbaycanda elə də sərt üzünü göstərmir.

Bəs bu il qış necə keçəcək? Güclü qar, dondurucu havalar olacaqmı?

Ednews bu barədə ekoloq Telman Zeynalov və İqlim dəyişmələri üzrə ekspert Məhərrəm Mehtiyevin fikirlərini öyrənib.

Telman Zeynalov açıqlamasında bildirib ki, bu qış Azərbaycanı çox sərt şaxtalar gözləyir. 

“Proqnozuma görə bu il çox sərt qış olacaq. Güclü qarın yağması yanvardan sonra yağması gözlənilə bilər. Dünyada qloblal istiləşmə getdikcə yerini soyuq iqlimə vermək üzrədir. Təxminən 4-5 ilə Bakıya güclü qar yağacaq. Bu il də gözlənilir, amma elə də intensiv gözləmirəm. Axırıncı dəfə 1985-ci ildə qış çox sərt keçmişdi, güclü qar yağmışdı. Ondan sonra tədricən havalar isinməyə başladı. 30-40 ildən sonra havalar yenidən bir-birini dəyişdirməyə başlayır”.

İqlim dəyişmələri üzrə ekspert Məhərrəm Mehtiyev isə qeyd edib ki, son zamanlar dünyada iqlim dəyişmələri tez-tez baş verir. Onun sözlərinə görə, proqnozlar çox mənfidir.

“Müntəzəm olaraq isti ilə soyuqlar bir-birini əvəz edəcək. Elə sürətlə əvəz edə bilər ki, biz heç vaxt belə hadisələri görməmişik. Uzun müddətli qar da yağa bilər, qısa müddətli dəhşətli fırtnalar da baş verə bilər və.s. Tendnesiya belədir. Bu mənim şəxsi fikrimdir. Temperatur artacaqsa buzlaqlar əriyəcək, buzlaqlar əriyəcəksə okeanların, dənizlərin səviyyəsi artacaq. Amerika alimləri 2100-cü ilə qədər proqnoz veriblər ki, bir çox sahilyanı zonalar 5-6 metr hündürlükdə suyun altında qala bilərlər. O ki, qaldı Azərbaycana, dəhşətli soyuqların olmasına inanmıram”.

Qeyd edək ki, Bu il ölkəmizə qış fəsli dekabrın 21-i qədəm qoyacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...