İranın müxtəlif şəhərlərində bankomatların yandırılması davam edir. Bu dəfə belə hadisə Məşhəddə qeydə alınıb.
Ednews xəbər verir ki, bu şəhərin sakinləri ölkədə ümummilli qiyamın güc yolu ilə yatırılmasına etiraz olaraq hökumətə məxsus bir neçə bankomatı yandırıblar.
Bu addımla məşhədlilər hakimiyyətə və onun yırtıcı sistemlərinə qarşı ikrahlarını nümayiş etdirirlər. Bu isə xalq tərəfindən rəğbətlə qarşılanır.